AZ

Dünyanın ən uzun müsahibəsi: Ginnesin Rekordlar Kitabına düşdü

Ginnesin Rekordlar Kitabının verdiyi açıqlamaya görə, Klara Çizoba Kronborq YouTube hesabında 55 saat 24 saniyə davam edən müsahibə verib. Kronborq bu performansı ilə dünyanın "ən uzun müsahibə verəni" rekordunu qırıb.

News24.az xəbər verir ki, YouTube-da tok-şou təşkil edən Kronborg müxtəlif ölkələrdən siyasətçilər, iş adamları, kontent prodüserləri, aktyorlar, daşınmaz əmlak agentləri və bir çox başqa peşələrdən olan 90 nəfərdən müsahibə alıb.

Müsahibələrdə hər bir qonağın öz sahəsində necə uğur qazanması diqqət mərkəzində olub.

Qeyd edək ki, Kronborq 37 saat 44 dəqiqəlik müsahibə verərək 2022-ci ildə amerikalı Rob Oliver tərəfindən təyin olunan Ginnesin Rekordlar kitabını üstələyib.

Gfünel Məlikzadə

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla