AZ

“Azərbaycan Rusiya və Ukrayna arasında seçim etmədi, “balans siyasəti” yeritdi” – Konfliktoloq

Azərbaycan xarici siyasətində “balans siyasəti” yeridir. Rusiya – Ukrayna müharibəsində isə iki tərəf arasında seçim etmədi. Ən düzgünü iki tərəf arasında vasitəçi olmaq idi. 

Bu fikirləri Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşündən bir gün sonra Ukrayna Prezidenti Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvətini şərh edən konfliktoloq Elman Vəliyev İnterpress.az-a açıqlamasında səsləndirib.

Politoloqun fikrincə, Azərbaycan Rusiya və Ukrayna ilə balanslı siyasəti qoruyub saxlamaqla yanaşı, həm də vasitəçi rolunu seçib.

“Azərbaycan xarici siyasətində “balans siyasəti” yeridir. Rusiya – Ukrayna müharibəsində isə iki tərəf arasında seçim etmədi.

Ukraynanı seçsəydi, Rusiyadan istədiyini ala bilməyəcəkdi. Rusiyanı seçsəydi, beynəlxalq arenada təzyiqlərə məruz qalacaqdı.

Ən düzgünü iki tərəf arasında vasitəçi olmaq idi. Azərbaycan konflikt tərəfləri arasında vasitəçi ola bilər.

Vladimir Putinlə də, Zelenski ilə də konflikt barədə mütləq danışıqlar aparıb, Bunu ehtimal edirəm.

İkili balans gedişatının Azərbaycan üçün heç bir ziyanı yoxdur. Azərbaycan üçün neqativ hal Qərblə münasibətlərin soyuqlaşmasıdır”, – konfliktoloq bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla