AZ

Putin: "Miqrantlar kadr çatışmazlığı problemini həll edə bilməyəcəklər"

Rusiya prezidenti Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqınınqurultayında bildirib ki, Rusiya Federasiyası miqrantların köməyi ilə qıtlıq problemini həll edə bilməyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Putinölkəninfərqli yanaşmalara ehtiyacı olduğunu dilə gətirib.

Bundan əlavə, Putin vurğulayıb ki, hazırda Rusiyada işsizlik rekord səviyyədə aşağıdır - cəmi 3 faiz.

Dövlət başçısının sözlərinə görə, yüksək texnologiyalı layihələr, o cümlədən ölkə üçün vacib olan sahələrdə çalışan müəssisələrin sayını artırmaq lazımdır.

Bundan əvvəl Putin Rusiya Federasiyasında biznesin milliləşdirilməsinin şərtini demişdi.

Xüsusi mülkiyyətçilərin hərəkətləri ölkənin milli təhlükəsizliyinə zərər vurarsa, müəssisələr dövlət mülkiyyətinə keçəcək.

Nazlı

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla