AZ

“Ondan soruşdum ki, bu axmaq ideyadan nə vaxt imtina edəcəklər?”

PSJ-nin prezidenti Nasser Əl-Xələfi yeni futbol layihəsinin – Avropa Super Liqasının yaradılmasından danışıb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, Super Liqanı axmaq ideya adlandırıb:

“Super Liqa axmaq ideyadır. Xuan Laportadan (“Barselona”nın prezidenti) soruşdum ki, bu axmaq ideyadan nə vaxt imtina edəcəklər?

Mənim üçün bu turnir mövcud deyil. Ən yaxşı turnir Çempionlar Liqasıdır.

Ümid edirəm ki, bütün bu söhbətlər tezliklə dayanacaq. Onların hər şeyi geriyə çəkmək şansları hələ də var”.

İspaniya klublarından “Real” və “Barselona” Super Liqanın yaradılmasının tərəfdarıdır. Ötən il dekabrın sonunda Avropa Məhkəməsi yeni turnirin – Super Liqanın tanınmasını rəsmən qanuniləşdirib.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla