"Xırdalan" "Neftçi"yə rəqib oldu
25 aprel "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 18-ci turunun ikinci oyunu baş tutub.
Futbolpress.az xəbər verir ki, "Xırdalan" və "Cəlilabad" klublarının qarşılaşdığı oyun, xırdalanlıların 90-84 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə ilə "Xırdalan" klubu müntəzəm mövsümü 4-cü pillədə tamamlayıb və pley-offda "Neftçi"nin rəqibi olub.