AZ

“Baffalo” əfsanəsini geri qaytardı

Kanadalı mütəxəssis Lindi Raff “Baffalo”nun “sükanı arxasına” keçib.

“Football-plus.az” xəbər verir ki, bu haqda xəbəri klubun rəsmi saytı yayıb. Yeni baş məşqçi təyinatı ilə bağlı bunlar deyib:
“Klubun rəhbərliyinə və sahibinə bu imkanı mənə qazandırdıqlarına görə təşəkkür edirəm. Bu komanda növbəti addımı atmağa hazırdı. “Sebrz”ə qələbə qazanmaqda yardım etməyi mənə tapşırmaları mənim üçün böyük şərəfdi. Bu elə işdi ki, laqeyd yanaşa bilmərəm. Hədəfim elə çalışmaqdı ki, oyunçular bir-birinə inansın, bir-biri uğrunda oynasın, “Baffalo”da olmağı sevsinlər. Heç bir şübhə yoxdu ki, klubda olan hər kəs qarşımızda duran çağırışları qəbul etməyə hazırdı. Elə bu gün iş başlayır, mən çox həyəcanlıyam”.


Xatırladaq ki, 64 yaşlı kanadalı bu postda Don Qranatonu əvəz edib. Raff artıq 1997-2013-cü illər aralığında “Seybrz”ı çalışdırıb. O, həmin müddətdə komandanı üç dəfə Stenli kubokunun yarımfinalına, bir dəfə isə finalına çıxarıb. “Baffalo” 2007-ci ildə Prezident kubokunu da qazanıb. Amma komanda müntəzəm çempionatın son mövsümündə Şərq konfransında 12-ci yeri tutmaqla ardıcıl 12-ci dəfə pley-offa vəsiqə qazana bilməyib.
Seçilən
79
Mənbələr
Şərh ()
Bağla