AZ

Qərbin liberal hegemonluğunun sonu çatır...

Macarıstanın Baş naziri Viktor Orban 2024-cü ilin liberal dünya düzəninin çökməsi ilə "Qərb sivilizasiyasının şərəfli dövrünün" sonu ola biləcəyini söyləyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Macarıstan Nazirlər Kabinetinin rəhbəri Budapeştdə Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı bildirib.

...Bu il, Allah qoysa, Qərb sivilizasiyasının şərəfsiz dövrünü başa vura bilərik. Biz mütərəqqi liberal hegemonluq üzərində qurulmuş dünya nizamını tamamlaya bilərik. Mütərəqqi liberal dünya ruhu çökdü. Bu, dünyaya müharibə, xaos, iğtişaşlar gətirdi və iqtisadiyyatları məhv etdi.

Viktor Orban bildirib bunu.

Onun fikrincə, hakimiyyətdəki “mütərəqqi liberallar” artıq təhlükəni hiss edirlər və “mənəvi narahatlığı olmayan” “təhlükəli rəqiblər” olaraq qalırlar. Bununla belə, Macarıstan lideri Avropa Parlamentinə seçkilərdən sonra Avropada “hegemon ideoloji nəzarətin qurulması” ilə məşğul olanların deyil, suverenlik yönümlü siyasətçilərin hakimiyyətə gələcəyini gözləyir.

Nazlı

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla