AZ

Dişləri niyə yeməkdən əvvəl fırçalamaq lazımdır? -İZAH

Dişləri müntəzəm olaraq fırçalamaq ağız baxımını təmin etmək üçün ən vacib addımlardan biridir. Ancaq bunu yanlış zamanda etmək bütün səylərinizin boşa çıxması ilə nəticələnə biləcəyi kimi, hətta əks effekt də verə bilər.

Səhər yeməyindən dərhal sonra nəfəsinizi təzələmək fikri yaxşı səslənsə də, doğru addım hesab olunmur. Mütəxəssislər səhər ilk iş olaraq dişləri fırçalamağı daha məqbul hesab edirlər. Çünki səhər yeməyində istehlak olunan qidalar diş minasını yumşalda və bundan dərhal sonra dişləri fırçalamaq onların zədələnməsinə səbəb ola bilər.

Yeməkdən sonra dişlərinizi fırçalamağın bakteriyalarla mübarizə aparmağa kömək etdiyi doğrudur. Ancaq bu bir sıra hallarda əks vəziyyət yarada bilər.

Portağal, qreypfrut və ya limon şirəsi kimi turşulu qidalar qəbul etdikdən sonra diş fırçalamaq diş minasını zəiflədir. Diş minası lazımı qədər güclü olmadıqda, dişlərin rəngi dəyişə, sarıya çevrilə, həmçinin dişlərdə ləkələr də yarana bilər.
İsti və ya soyuq bir içki içərkən dişlərinizdə kəskin ağrı hiss edirsinizsə, bu, dişlərinizin son dərəcə həssas olduğuna işarədir. Diş həssaslığı müxtəlif səbəblərdən yarana bilər və bunlardan biri də diş minasının zəif olmasıdır. Müəyyən qidaları yedikdən dərhal sonra dişlərinizi fırçalamaq diş həssaslığını artırır.

Bu əks təsirlərlə üzləşməmək üçün yeməkdən əvvəl dişlərinizi fırçalamaq məsləhətdir. Yuxudan oyandıqdan dərhal sonra diş fırçalamaq səhərlər daha yaxşı və təravətli hiss etdirir, eyni zamanda tüpürcək istehsalını sürətləndirir.

Tüpürcəkdə antimikrobiyal maddələr olduğu üçün qidaları daha asan parçalamağa kömək edir və diş çürüməsinə səbəb olan zərərli bakteriyaları məhv edir.


Aysel

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla