AZ

Balabəy Ağayev Avropa çempionatının finalında uduzdu

Azərbaycan cüdoçusu Balabəy Ağayev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, bu gün Zaqreb şəhərində təşkil olunmuş cüdo üzrə Avropa çempionatına start verilib.

Turnirin ilk günündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparıb. Onlardan yalnız biri – Balabəy Ağayev finala qədər irəliləyib. 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda Fransisko Qarriqosa (İspaniya) uduzaraq gümüş medal qazanıb.

Eyni çəkidə mübarizə aparan Turan Bayramov üçüncü yer uğrunda qarşılaşmada Salih Yıldıza (Türkiyə) məğlub olub.

Aydan Vəliyeva isə (52 kq) bürünc medal uğrunda görüşdə uduzaraq beşinci olub.

Kişilərdən Yaşar Nəcəfov (66 kq), qadınlardan isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Acelya Toprak (57 kq) mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, Zaqrebdəki Avropa çempionatına aprelin 27-də yekun vurulacaq. Azərbaycan yığma komandası bu yarışda 9 çəki dərəsində 9 kişi və 4 qadın cüdoçu ilə təmsil olunur. Qarşıdakı günlərdə bu cüdoçularımız da mübarizəyə qoşulacaqlar:

-73 kq

Hidayət Heydərov – Kestutis Vitkaskas (Litva)/İndrit Kalhac (Albaniya) görüşünün qalibi

Rəşid Məmmədəliyev – Darko Topaloviç (Bosniya və Herseqovina)/Coşua Qrin (İrlandiya) görüşünün qalibi

-81 kq

Zelim Tçkayev – Nace Herkoviç (Sloveniya)/Maksim Triqub (İrlandiya) görüşünün qalibi

-90 kq

Murad Fətiyev – Yamal Petqrave (Böyük Britaniya)

Elcan Hacıyev – Kornelyus Eylertsen (Norveç)/Yosip Buliç (Xorvatiya) görüşünün qalibi

-100 kq
Zelim Kotsoyev – Adnan Xankan (BCF Qaçqınlar Komandası)

Seçilən
26
3
Mənbələr
Şərh ()
Bağla