AZ

Avropa İttifaqı "ölə bilər" - Makrondan XƏBƏRDARLIQ

Yaxın illərdə Avropa İttifaqı zəifləyə və daha sonra "ölüm riski" ilə üzləşə bilər.

 

Modern.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

 

O, paradiqma dəyişikliyinə güc və humanizmlə cavab verməyə çağırıb.

 

“Bugünkü Avropamız ölə bilər. O, ölə bilər və bu, yalnız bizim seçimimizdən asılıdır. Biz özümüz üçün güclü Avropa müdafiəsinin bu strateji konsepsiyasını qurmalıyıq. Əgər öz Avropa müdafiə sənayemizin inkişafı üçün məsuliyyət daşımasaq, öz suverenliyimizi, muxtariyyətimizi necə qura bilərik? – deyə Makron Sorbon Universitetindəki çıxışında deyib.

 

Onun sözlərinə görə, Avropa “heç vaxt ABŞ-ın vassalı olmadığını” və dünyanın digər regionları ilə müstəqil dialoq aparmağa hazır olduğunu göstərməlidir.

 

O qeyd edib ki, Avropa İttifaqı indi həmişəkindən daha böyük təhlükə altındadır. Fransa prezidentinin sözlərinə görə, Aİ birgə müdafiə sisteminin əhatə dairəsini yenidən nəzərdən keçirməlidir. 

 

Makron həmçinin strateji və texnoloji müstəqilliyi qorumağa çağırıb. 

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla