AZ

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır.

BiG.AZ xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələstin dövlətinin tanınması təşəbbüsünün qısa müddət ərzində həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

İspaniyanın Malta, İrlandiya, əvvəlki birgə bəyanatlarında uyğun şərtlər olduğu halda Fələstin dövlətini tanıyacağını vəd edən Sloveniya və bu təşəbbüsü dəstəklədiyini açıqlayan Norveçlə birgə hərəkət edəcəyi gözlənilir.


BiG.Az
Seçilən
45
Mənbələr
Şərh ()
Bağla