AZ

Yevlaxda avtomobil aşıb, sürücü öldü

Yevlaxda ağır yol qəzası olub.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Nəmərli kəndində qeydə alınıb.

 

Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü Habil İsmayılov "Toyota Land Crusier" markalı minik avtomibilini aşırıb.

 

Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

 

Bildirib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Seçilən
85
12
Mənbələr
Şərh ()
Bağla