AZ

Azərbaycan ailələrində danışmaq problemi var- Sosioloq

"Azərbaycanda uşaq tərbiyəsində, ailələrin övlada tərbiyə verməsində böyük problemlər yaranıb. Təhsilə diqqət yetiririk, tərbiyə yaddan çıxıb. Hansı orta məktəbimizdə uşaqların xüsusi fövqəladə hallarla tərbiyəsinə fikir verilir? Zəlzələ, yanğın, sel, fırtına kimi təhlükəli hallara qarşı uşaqlarımızı hazırlayırıqmı? Yox. Heç bir məktəbimizdə bunun üçün təlim keçirilmir"

Bu fikirləri Hit.az-a sosioloq Əhməd Qəşəmoğlu səsləndirib.

"Hərə uşağın əlinə bir telefon verib, gerisi ilə maraqlanmır. Uşaq kimlərin əhatəsinə düşüb, kimlərlə dostluq edir, nə söhbətlər edir, maraqlanan yoxdur. Azərbaycan ailələrində danışmaq problemi var. Danışmağı unutmuşuq. Biz söhbət etmirik. Nə var , nə yox sualı hələ söhbət deyil. Valideyn uşağının zəif və güclü tərəflərini öyrənməli, onun hansı təsirlər altında sına biləcəyini yaxşı bilməlidir. Yaponiya məktəblərində uşaqlara  hərflərdən qabaq gündəlik həyatda davranış qaydalarını, təhlükəli hallarda özlərini necə qorumağı və başqalarına kömək etməyi öyrədirlər. Bizdə isə diplomu olsa belə hələ adam ola bilməmiş minlərlə ali təhsilli var", deyə o qeyd edib.

Murad

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla