AZ

Şəxs hansı halda orqanını başqasına verə bilər?VİDEO

Daxili orqanların pul müqabilində satışa çıxarılması ilə bağlı elanlarla rast gəlinməkdədir.  "Bir böyrəyimi 70 min manata satıram", "Ödəniş qarşılığında qaraciyər və ilik donoru oluram. Qiymət qarşılıqlı razılıq əsasında" və sair...

Xezerxeber.az xəbər verir ki, son zamanlar küçələrdə və sosial şəbəkələrdə daxili orqanlarını satışa çıxarmaq istəyənlərin bu cür elanlarına tez-tez rast gəlinir. Sözügedən elanlarda böyrək, qaraciyər, ilik, qan satışı ilə bağlı məlumatlar qeyd olunur. Elanların nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün qeyd edilən nömrələrdən biri ilə əlaqə saxladıq.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin hüquq məsləhətçisi Lalə İbrahimzadə deyir ki, ölkəmizdə orqan və toxumaların transplantasiyası qanunvericiliklə tənzimlənir. Buna əməl etməyənlər qanun qarşısında məsuliyyət daşıyırlar.

Qanunvericiliyə görə, insanın daxili orqanı satıla bilməz.

Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, bu cür elanlarla bağlı nazirlik tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
80
6
Mənbələr
Şərh ()
Bağla