AZ

ABŞ-ın yardım paketi Ukraynaya hücum əməliyyatı keçirməyə imkan verməyəcək

ABŞ-ın Ukraynaya 61 milyard məbləğində hərbi yardım paketi Kiyevə genişmiqyaslı hücum həyata keçirməyə imkan verməyəcək.

 

Oxu24.com xəbər  verir  ki, Bu barədə AFP Pentaqonun adı açıqlanmayan əməkdaşına istinadən məlumat yayıb.

 

“Ukrayna qoşunları uzun müddətdir ki, öz sursatlarını və ehtiyatlarını normaya salır. Buna görə də Rusiya qoşunları faktiki olaraq təşəbbüsü ələ keçirdi”, - agentliyin həmsöhbəti bildirib.

 

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri yeni təchizatları qəbul etmək və mövqelərinin mühafizəsini təmin etmək üçün “çox çox yenidən qurulmalı olacaq”.

 

"Ona görə də mən yaxın gələcəkdə hər hansı genişmiqyaslı hücum proqnozlaşdırmazdım", - Pentaqonun sözçüsü vurğulayıb.

 

Bundan əvvəl “Politico” qəzeti yazıb ki, ABŞ-dan Ukraynaya hərbi yardım Ukrayna Silahlı Qüvvələrinin azalan resurslarını gücləndirəcək, lakin Kiyevə əks-hücum keçirməyə imkan verməyəcək.

 

Mətndən göründüyü kimi, ayrılan yardım “Ukraynaya Rusiya Silahlı Qüvvələrinin gələcək ehtimal edilən hücumuna qarşı müdafiəsini gücləndirməkdə sadəcə kömək etməkdən başqa bir şey etmək üçün kifayət deyil. Kiyevin təkbaşına hücum hərəkətləri etmək üçün kifayət qədər gücü yoxdur, material qeyd edir.

 

Nigar

 

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla