AZ

Yevlaxda avtomobil aşıb, sürücü ölüb

Yevlax. Trend:

Yevlax rayonunda avtomobil yol qəzası baş verib.

Trend-in Qarabağbürosu xəbər verir ki, hadisə rayonun Nəmərli kəndində qeydəalınıb. "Toyota Land Crusier" markalı minik avtomobilinin sürücüsü1991-ci il təvəllüdlü Tərtər rayon sakini Habil İsmayılovidarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəzanəticəsində sürücü aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun başinspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.Bildirib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırmaaparılır.

Seçilən
69
10
Mənbələr
Şərh ()
Bağla