AZ

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib. 


Sfera.az bildirir ki, gətirilmiş metal çəkilərkən partlayış baş verib. Nəticədə qırıntıları gətirən şəxs və 42 yaşlı məntəqə sahibi hadisə yerində ölüb.

 

Mərhumla birlikdə gələn qadın çoxsaylı xəsarətlər alıb və hazırda xəstəxanadadır.

 

Polis sursatların ehtiyatsız saxlanmasına görə cinayət işi açıb.


Hadisə yerində müstəntiqlər, partlayıcı maddələr üzrə mütəxəssislər və kriminalistlər işləyir, yoxlamalar aparır. Hadisənin bütün halları, həmçinin partlayışın səbəbi müəyyənləşdirilir.

 

Bu faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 264-cü (Ehtiyatsızlıqdan odlu silah və ya döyüş sursatı saxlama) maddəsi ilə cinayət işi açılıb. Maddə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

 

Xatırladaq ki, ötən gün Ukraynanın Nikolayev bölgəsində də hərbi qulluqçular sursatları bir maşından digərinə yükləyərkən partlayış baş verib. Partlayış nəticəsində iki əsgər həlak olub, daha iki əsgər isə yaralanıb.

 

Aysel

Sfera.az

Seçilən
96
34
Mənbələr
Şərh ()
Bağla