AZ

Aprelin bütün sosial ödənişləri yekunlaşdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Fonddan KONKRET.az-a verilən xəbərə görə, bundan əvvəl – aprelin 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 16-da bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin aprel ayının pensiyaları ödənilib. Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Seçilən
17
22
Mənbələr
Şərh ()
Bağla