AZ

Siyasi şərhçi: “Qarabağı da  öz canımız və qanımızla dirçəldəcəyik”

Qarabağ 30 il düşmən tapdağı altında qaldı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 19 senytabr  2023-cü ildə Azərbaycanın həyata keçirdiyi sonuncu  antiterror əməliyyatı nəticəsində  ölkə ərazisi düşmən tapdağından tamamilə  azad etdi. Qarabağda miqyası təsəvvür olunmayacaq təmir-abadlıq, bərpa işlərinin gedir.

Bərpa işlərində Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan öz töhfələrini verir. Amma münaqişə davam edən 30 ildə vasitəçilik etmək istəyən və sonda bunu bacarmayan ölkələr bərpa quruculuq işlərində gözə dəymir.

Mövzu ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi Azər Həsrət bildirdi ki, onlar sülhdə maraqlı olduqlarını sərgiləmək üçün ən azından nəsə etməli idilər:

“Biz öz torpaqlarımızı azad etdikdən sonra gözləyirdik ki, artıq sülh mərhələsində Fransa, Rusiya, ABŞ ən azından simvolik də olsa, nəsə etsinlər. Yəni həqiqətən də bu sülhdə maraqlı olduqlarını göstərsinlər. Lakin təəssüflər olsun ki, bu baş vermir. Başda Fransa olmaqla, heç bir adı çəkilən dövlət Azərbaycan ərazilərinin bərpa prosesində iştirak etmir. Ümumiyyətlə, Fransa münaqişənin daha da irəli getməsində maraqlı olduğunu açıq şəkildə göstərir. Amerika Birləşmiş Ştatları məsələnin daha tez həllinə töhfə verə biləcəyi təqdirdə ermənipərəst mövqedən çıxış edir. Rusiya isə çox zaman da gizli bir şəkildə bu münaqişənin qalmasında maraqlı olduğunu sərgiləyir”.

Bununla yanaşı siyasi şərhçi bildirdi ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün Minsk qrupu qurulmuşdu:

 “Bu üç dövlət həm də ATƏT-in Minsk qrupunun həmsədrləri idi. Lakin uzun illər bu həmsədrlər münaqişənin həllinə töhfə verə bilmədilər.Hətta vermək istəmədilər. İndi də torpaqlar azad edilib. Biz o dövlətlərin heç birini gəlib orada nəsə bir işdə iştirak etdiyini görmürük”.

Siyasi şərhçi qeyd edib ki, bizim  yanımızda olan doğma qardaşlarımızdır:

 “Qarabağın bərpasında başda qardaş Türkiyə Cümhuriyyəti olmaqla türk dövlətləri iştirak edir. Qazaxıstan mədəniyyət mərkəzinin, Özbəkistan və  Qırğızıstanın ayrılıqda  bir məktəbin təməlini atdı. Burada biz bir daha görmüş oluruq ki, bzim  yanımızda, öz canımızdan, öz qanımızdan olan doğma qardaşlarımızdır. Yəni Fransa, Amerika Birləşmiş Ştatları, Rusiya deyil”.

Siyasi şərhçi bu məqamın səbəbinə də aydınlıq gətirib.

“Səbəbi Azərbaycan ictimaiyyətinə gün kimi aydındır. Bir tərəfdə xristian təəssübkeşliyi, türk düşmənçiliyi, bir tərəfdə də, ümumiyyətlə, Azərbaycanı ram edib nəzarətdə saxlamaq istəkləri buna sübutdur. Bütün bunlar o dövlətlər üçün əlçatmaz olduğuna görə bizə bu cür yanaşma sərgiləyirlər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bizim heç kimə ehtiyacımız yoxdur. Necə ki, torpaqlarımızı öz şəhidlərimizin qanı, qazilərimizin canı hesabına azad etmişik. Elə Qarabağı da  Azərbaycan oğullarının, qızlarının qanı və canıyla dirçəldəcəyik. Yəni nə fransası, nə Rusiyası, nə ABŞ ı bizə kömək etməsə belə, o torpaqları canlandıracağıq”.

Emin ŞİRVANZADƏ

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla