AZ

Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO

Belarus Prezidenti Aleksandr Lukaşenko 1996-cı ilə qədər respublikada yerləşdirilən strateji nüvə silahlarından danışıb.

Məlumata görə, o, danışıq vaxtı zarafatla döyüş başlıqlarından birini qucaqladığını bildirib.

“Belarus ərazisində bizim o dövr üçün ən müasir strateji silahlarımız var idi, onlar hələ də Rusiyanın xidmətindədir. Onlar bizim ərazilərdə yerləşdirilmişdi, mən də onları görmüşdüm və dediyim kimi, strateji nüvə başlığını qucaqlamışdım”, - deyə Lukaşenko bildirib.

Mənbə: Gazeta.ru

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla