AZ

Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu

Bakı. Trend:

Taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvisatışa çıxarılması avtomobil bazarında ucuzlaşmaya səbəb olub.

Bu barədə Trend-əİqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Qeyd edilib ki, mart ayında avtomobil bazarında qiymətazalmaları müşahidə olunub. Bu, əvvəlki dövrdə taksi kimi istifadəedilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması iləbağlıdır.

Belə ki, dəyəri 10 min manatadək olan avtomobillərin qiymətimart ayında 7.6 faiz azalıb. Aİ-95 markalı benzindən istifadə edənvə daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da,həmin avtomobillərin qiymətində 0.5 faiz artım qeydə alınıb.

Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texnikigöstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”itəsdiqləyib.

Xatırladaq ki, Trend bir müddət əvvəl sözügedən qərardan sonraAzərbaycanda bir sıra maşınların satışının kəskin artması,qiymətinin isə ucuzlaşması barədə xəbərvermişdi.

Məqalədə:
Seçilən
91
10
Mənbələr
Şərh ()
Bağla