AZ

Ukrayna Bryansk vilayətində kənd sakinlərini atəşə tutub

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, Ukrayna Silahlı Qüvvələri Starodubski rayonunun Kurkoviçi kəndinin sakinlərinə pilotsuz uçan aparat vasitəsilə hücum edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə o, Telegram kanalında məlumat verib.

 

Hücum nəticəsində 4 nəfərin yaralandığı qeyd edilir. Onlardan biri 14 yaşlı uşaq olub.

 

“Nasist Ukrayna rejiminin terrorçularının əli ilə yaralananlara başsağlığı verir və tezliklə sağalmalarını arzulayıram. Bütün zərərçəkənlərə maddi yardım göstəriləcək. Hadisə yerində operativ və fövqəladə xidmətlər işləyir”, - deyə Boqomaz bildirib.

 

Bundan əvvəl Ukraynanın Bryansk vilayətinin Suzemski rayonunun inzibati mərkəzi olan Suzemka kəndini atəşə tutduğu bildirilirdi. İlkin məlumata görə, xəsarət alan olmayıb. Hücum nəticəsində 6 evə ziyan dəyib, əməliyyat və təcili yardım xidmətləri hadisə yerindədir.

 

Eyni zamanda, Bryansk vilayətinin Vıqoniçski, Dubrovski və Navlinski rayonları üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 3 pilotsuz uçuş aparatı məhv edilib. Xəsarət və dağıntı qeydə alınmayıb.

 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə, Ukraynada xüsusi hərbi əməliyyat (SVO) başlayandan bəri Rusiya hərbçiləri 22 529 Ukrayna pilotsuz təyyarəsini məhv edib.

 

Nigar

 

Seçilən
83
34
Mənbələr
Şərh ()
Bağla