AZ

Azərbaycan qara kürünü xaricə neçəyə satır?

Cari ilin ilk 3 ayında Azərbaycanda 103,1 kq nərə balığı kürüsü istehsal edilib.

NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Rəsmi məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 36,9 kq azdır.

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 102,78 min ABŞ dolları dəyərində 90 kq nərə balığının kürüsü ( 1kq = 1142 ABŞ dolları ) ixrac edilib.

Hesabat dövründə təkcə Çindən Azərbaycana 900 kq ( 1kq = 299,4 ABŞ dolları) nərə balığının kürüsü idxal olunub. Məhsulun idxal dəyəri 269 min ABŞ dolları təşkil edib.

Seçilən
32
3
Mənbələr
Şərh ()
Bağla