AZ

Nigeriyada 100-dən çox məhbus həbsxanadan qaçdı

Nigeriyada güclü yağışın Suleja şəhərində həbsxana binasına ziyan vurmasından sonra ən azı 118 məhbus qaçıb.

KONKRET.az xəxəbr verir ki, bu barədə Nigeriya İslah Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 24-nə keçən gecə bir neçə saat davam edən güclü leysan Suleja İstintaq Təcridxanasına, eləcə də yaxınlıqdakı binalara ziyan vurub. Həbsxana binasının bir hissəsi, o cümlədən ətraf hasarı uçub.

Yaranmış vəziyyətdən istifadə edən 118 məhbus təcridxanadan qaçıb.

Təhlükəsizlik əməkdaşları onların tutulması üçün əməliyyat keçirir. Hazırda 10 nəfər saxlanılıb.

Burhan,

KONKRET.az

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla