AZ

ABŞ-dan yardım alacağı ərəfədə ruslar Ukrayna üzərinə kütləvi raket və dron hücumuna keçə bilər

Rusiya qoşunları ABŞ-dan yardım alacağı ərəfədə Ukraynaya kütləvi raket və dronlarla hücum edə bilər.

Editor.az bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin sözçüsü İlya Yevlaş məlumat telemarafonunda deyib: “Düşmən məkrlidir və biz hadisələrin hər cür inkişafına hazır olmalıyıq, xüsusən də bizim tərəfdaşlarımızdan beynəlxalq yardımlar gəlməzdən əvvəl ”, – Yevlaş bildirib.

Eyni zamanda o əlavə edib ki, bu gecə Ukrayna üçün nisbətən sakit keçib. Lakin səhər saatlarında işğalçılar Çerkassı vilayətinə raket atıblar: “Düşmən kütləvi birləşmiş hücumlardan istifadə etməyib, yalnız səhər saatlarında bir raketdən istifadə edib.

Raket Çerkas vilayətinin Smela şəhərinin mülki infrastrukturuna, logistika dəmir yoluna ziyan vurub. İnzibati və mülki binalar zərər görüb”, – Yevlaş bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla