AZ

Yaşayış kompleksində park edilmiş “BMW” alışaraq kül oldu - VİDEO

Sumqayıt şəhərində avtomobil yanaraq tamamilə yararsız vəziyyətə düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə aprelin 24-ü gecə saatlarında “Sumqayıt City” yaşayış kompleksində qeydə alınıb. Belə ki, park edilmiş 10-XM-039 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil alışaraq yanıb. Zərərçəkmişin sözlərinə görə, yanğın maşınına quraşdırdığı əlavə işıq cihazlarından yaranıb. Nəticədə anidən partlayan maşın yanaraq kül olub. Xoşbəxtlikdən yanğın digər maşınlara keçməyib.

Nərmin

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla