AZ

Dünyada qlobal plastik çirklənmənin yarısına görə 60 şirkət məsuliyyət daşıyır


“Philip Morris International”, “Danone”, “Nestle”, “PepsiCo” və “Coca-Cola” Yer kürəsinin əsas plastik çirkləndiriciləridir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Science Advances” jurnalında dərc edilən yeni araşdırmada deyilir.
Araşdırmaya görə, dünyanın plastik çirklənməsinin yarısına 60 şirkət cavabdehdir. Yuxarıda adı çəkilən beş şirkət isə bu rəqəmin dörddə birini əhatə edir.
Qeyd olunur ki, plastik istehsalında hər faiz artıma görə plastik çirklənmədə də ekvivalent artım baş verir.
Araşdırma beş il ərzində davam edib və beynəlxalq könüllülər qrupu 84 ölkədə 1 milyon 870 mindən çox plastik tullantını araşdırıb. Toplanan tullantıların əsas hissəsi qida, içki və tütün məmulatları üçün birdəfəlik qablaşdırmalar olub.
Aşkar edilmiş plastik tullantıların 2%-i “Altria” və “Philip Morris International”a, 3%-i “Danone” və “Nestle”yə, 5%-i “PepsiCo”ya, 11%-i isə “Coca-Cola”ya aid olub.
Seçilən
32
Mənbələr
Şərh ()
Bağla