AZ

Kreml ABŞ-ın Ukraynaya uzaqmənzilli raketlərinin verilməsinə reaksiya verib

ABŞ Ukraynaya gizli şəkildə uzaqmənzilli ATACMS raketləri verməklə münaqişədə iştirakını bir daha təsdiqləyir.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

O, Amerikanın təchizatlarının xüsusi əməliyyatın gedişatını dəyişdirə bilməyəcəyini vurğulayıb.

 

Peskovun sözlərinə görə, münaqişədə Rusiya qalib gələcək, Ukrayna isə daha çox itki verəcək.

 

Bundan əlavə, o bildirib ki, ABŞ Ukraynaya uzaqmənzilli raketlər verməklə odun üstünə yağ tökməkdə davam edir.

Aprelin 24-də axşam ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya ATACMS taktiki ballistik raketlərini açıq elan etmədən tədarük edib.

Pentaqon bildirib ki, Birləşmiş Ştatlar gizli şəkildə “suveren Ukrayna ərazisi daxilində” istifadə üçün Kiyevə geniş mənzilli ATACMS əməliyyat-taktiki raketləri ötürüb.

Ağ Ev administrasiyası Rusiyanın bunun münaqişənin gərginləşməsinə gətirib çıxaracağı ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Ukraynaya ATACMS tədarükünü məqsədəuyğun hesab edir.

Nigar

 

Seçilən
13
50
Mənbələr
Şərh ()
Bağla