AZ

Dünyada 282 milyon insan acdır - BMT

Dünyada

Dünyada 282 milyon insan ciddi qida çatışmazlığı ilə üzləşib.

Reyting.az
xəbər verir ki, bu barədə BMT-nin Qida Təhlükəsizliyi Agentliyinin hesabatında deyilir.

Ən çətin vəziyyətə düşən ölkələr kimi Konqo Demokratik Respublikası, Nigeriya, Sudan, Əfqanıstan və Yəmənin adı qeyd olunur.

Qəzza zolağı ilə bağlı hesabata görə, 2023-cü ildən bütün əhali ciddi ərzaq çatışmazlığından əziyyət çəkir. Sakinlər ciddi şəkildə məhdud qida seçimləri ilə müntəzəm qida çatışmazlığı, həmçinin aclıqdan ölüm hallarının artması ilə üzləşirlər.

Sənəd müəllifləri qeyd edirlər ki, Qəzza əhalisinin üçdə biri mütləq aclıqla - qidaya çıxışın tam çatışmazlığı ilə üzləşib. Hesabat vəziyyəti İsrailin ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan HƏMAS qruplaşmasına qarşı əməliyyatı ilə əlaqələndirir.

Hesabatda Ukraynada vəziyyətin yaxşılaşdığı qeyd olunur. Ukraynada bu il təxminən 7 milyon insan kəskin ərzaq çatışmazlığından əziyyət çəkib, bu rəqəm bir il əvvəl təxminən 9 milyon olub.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi artıq bir neçə ildir ki, dünyada aclıq göstəricilərini ölçən Avropa İttifaqı, BMT və digər təşkilatların birgə layihəsidir. 7 illik müşahidələr zamanı kəskin ərzaq çatışmazlığından əziyyət çəkən insanların sayı üç dəfə artıb. 2016-cı ildə bu rəqəm 100 milyon olduğu halda 2023-cü ildə 282 milyona çatıb. Aclığın artmasının əsas səbəbləri yeni hərbi münaqişələr, iqtisadi sarsıntılar və iqlim dəyişikliyi göstərilir.

E. KAMAL
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla