AZ

Dövlət qurumunu aldadan azərbaycanlıya cinayət işi açıldı

Dövlət qurumunu aldadan azərbaycanlıya cinayət işi açıldı

Rusiyada saxta passport təqdim edən azərbaycanlıya cinayət işi açılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Azərbaycan vətəndaşı aprelin əvvəlində Rusiya Daxili İşlər Nazirliyinin Tomsk vilayəti üzrə Miqrasiya İdarəsinə müraciət edib. İki il əvvəl Rusiya vətəndaşlığını alan kişi 14 yaşlı uşağını da ora köçürmək qərarına gəlib. O, yeniyetmə oğluna vətəndaşlıq almaq üçün müraciət edib. Kişi şəxsiyyətini təsdiqləmək üçün miqrasiya idarəsinə Azərbaycanda aldığı iddia edilən milli pasport təqdim edib.

"Ancaq sənədin həqiqiliyi polisdə şübhələr yaratdığından ekspertizaya göndərilib. Nəticələr göstərdi ki, uşağın pasportu saxtadır", - Rusiya Daxili İşlər Nazirliyinin region üzrə məlumatında deyilir.

Daha sonra həmin şəxs etiraf edib ki, sənədi rəsmiləşdirməkdən ötrü uşaqla Azərbaycana getməmək üçün internetdən sənəd sifariş verib.

Azərbaycanlıya qarşı cinayət işi açılıb. İstintaq davam edir.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla