AZ

Azərbaycanda dərman istehsal olunacaq, amma...

Növbəti ildən Macarıstanın iki əczaçılıq şirkətləri Azərbaycanda fəaliyyətə başlayacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının 10-cu iclasında deyib.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, Azərbaycanda dərman sənayesinin inkişafı olduqca vacib bir məsələdir. Bu sahəni inkişaf inkişaf etdirmək lazımdır:

"Ancaq dərman istehsal etmək üçün lazım olan avadanlıqlar Azərbaycanda yoxdur. Ümumiyyətlə, dərman istehsalı prosesi çox mürəkkəb bir prosesdir. İstənilən halda daxildə dərman istehsalı yaxşı haldır.Ölkənin müəyyən ehtiyatlarının yaradılması istiqamətdə də işlər aparılmalıdır. Macarıstanın iki əczaçılıq şirkəti Azərbaycanda fəaliyyətə başlayacaq. Ümid edirəm ki, ölkəmizdə dərman istehsalı bu sahədə yaşanan qıtlıq və qiymət artımının qarşısını alacaq".

Sevinc

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla