AZ

Azərbaycanda Arbitraj günləri keçirilir - VİDEO

Azərbaycan Arbitraj Günü ilə əlaqədar keçirilən tədbirdə 200-dən çox xarici qonaq, hüquq ekspertləri, yerli məhkəmələrin sədrləri və əməkdaşları iştirak edirlər. 

News24.az xəbər verir ki, bu sözləri bu gün keçirilən Azərbaycan arbitraj günləri tədbirində Azərbaycan Arbitraj Assosiasiyasının sədri hüquq professoru Kəmalə Mehdiyeva deyib.

"Azərbaycanda da iqtisadi proseslərin sürətlənməsi, inkişafı, yeni iqtisadi subyektlərin yaranması arbitraj haqq qanuna böyük ehtiyac yaratmışdı. 2023-cü il dekabrın 26-da Milli Məclis Azərbaycan Arbitraj Assosiasiyasının yaxından iştirakı ilə hazırlanan “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti 25 yanvar 2024-cü ildə bu Qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzaladı. “Arbitraj haqqında” Qanun Azərbaycanda sahibkarlığın və özəl sektorun inkişafına, dövlət ilə biznes strukturlarının qarşılıqlı münasibətlərinə aydınlıq gətirməklə yanaşı, həm də cəmiyyətdə ədalətin əsas prinsip olmasını təmin edəcək. Azərbaycan Arbitraj Günü ilə əlaqədar keçirilən tədbirdə 200-dən çox xarici qonaq, hüquq ekspertləri, yerli məhkəmələrin sədrləri və əməkdaşları iştirak edirlər".


Seçilən
21
Mənbələr
Şərh ()
Bağla