AZ

Üçüncü tərəflərin müdaxiləsi olmasa, Cənubi Qafqazda sülh əldə etmək daha real olar - ŞƏRH

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADAUniversitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış”mövzusunda beynəlxalq forumda çıxışı zamanı bir çox mühümməsələlərə toxunub. Dövlət başçısı bildirib ki, COP29-dan əvvəlAzərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı, bazaprinsipləri üzrə razılığa gəlmək tam real görünür.

Proseslər onu göstərir ki, Azərbaycan və Ermənistan ikitərəfliformada daha müsbət nəticələr əldə edirlər. Aprelin 19-da keçirilənAzərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyasıüzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasındadövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyiməsələləri üzrə Komissiyanın səkkizinci görüşündə əldə edilənnəticələr də ikitərəfli görüşlərin daha səmərəli nəticələrverdiyini, vasitəçilər olduqda isə prosesin uzandığınıgöstərir.

Məsələ ilə bağlı Milli Məclisin deputat SevincHüseynova və siyasi şərhçi ElçinMirzəbəyli Trend-ə açıqlama verib.

S.Hüseynova bildirib ki, biz 30 illik işğal zamanı onun şahidiolduq ki, məhz elə vasitəçilərin iştirakı, əslində, prosesi xeyliuzatdı və demək olar ki, danışıqları praktiki cəhətdən dalanadirədi.

“Hətta vəziyyət o həddə çatdı ki, az qala beynəlxalqictimaiyyətə çatdırsınlar ki, bu münaqişənin həlli mümkün deyil.Bu, onu göstərdi ki, əslində, vasitəçilər münaqişənin həllindədeyil, daha çox öz maraqlarının təmin edilməsində maraqlı idilərki, bu da danışıqlar prosesini illərlə uzadırdı. Bu baxımdan, təbiiki, daha effektiv olar ki, müqavilə iki tərəfin maraqlarına uyğunşəkildə imzalansın və özləri arasında bilavasitə danışaraq, sülhənail olsunlar.

Dövlət başçısı, həmçinin, Fransa, Hindistan və YunanıstanınErmənistanı bizə qarşı silahlandırdığını diqqətə çatdırdı və qeydetdi ki, əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlərgörməli olacağıq.

Bu, həm Ermənistan, həm də Ermənistanın havadarlarına verilənbir mesaj idi ki, onlar Ermənistanı silahlandırmaqdan çəkinsinlər.Azərbaycan sülh tərəfdarıdır. Əgər Ermənistanın havadarları yenə dəonu silahlandırmağa davam etsələr, sülh müqaviləsini imzalamaqdanyayındırmağa çalışsalar və müharibəyə təhrik etsələr, təbii ki,Azərbaycanın nəyə qadir olduğu artıq bütün dünyaya bəllidir”, -deyə deputat əlavə edib.

E.Mirzəbəyli isə bildirib ki, Ermənistanla sülh prosesinəmünasibətdə dövlətimizin mövqeyi kifayət qədər aydındır.

"Əgər üçüncü tərəflərin geosiyasi iddialardan qaynaqlananmüdaxilələri, beynəlxalq ictimai rəyi çaşdırmaq niyyətləri tamamiləaradan qalxarsa, o zaman qısa müddət ərzində, təkcə Cənubi Qafqazındeyil, daha geniş subregionun təhlükəsizliyinə zəmin yarada biləcəknəticələrin əldə edilməsinin şahidi ola bilərik. Bu baxımdan,COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nailolmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tamamilə realgörünür.

Əks təqdirdə, prosesə müxtəlif yollarla müdaxilə etməyəçalışanlar, revanşçı meyilləri stimullaşdıranlar qarşılarındaAzərbaycan dövlətinin sarsılmaz, prinsipial mövqeyini, Azərbaycanxalqının milli iradəsini görəcəklər. Yəni Fransa, Hindistan vəYunanıstan kimi ölkələrin Ermənistanı Azərbaycana qarşısilahlandırması da heç bir nəticə verməyəcək və Azərbaycanın,dövlətimizin başçısının bəyan etdiyi kimi, oturub gözləmək kimi birniyyəti yoxdur. Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsi kimi,bölgədə cərəyan edən proseslərin quruluşçusudur, müşahidəçisideyil. Bu, o deməkdir ki, dəyərləndirmələri də milli maraqlarımıza,təhlükəsizliyimizə, baxış bucağımıza uyğun şəkildə aparırıq.

Bunla bağlı Prezident İlham Əliyev son mesajını da verdi: Cidditəhdid görsək, ciddi tədbirlər həyata keçirəcəyik!", - deyəE.Mirzəbəyli əlavə edib.

Seçilən
19
3
Mənbələr
Şərh ()
Bağla