AZ

APL-də avrokubok şansları: kimlər daha yaxındır?

Azərbaycan Premyer Liqası sona yaxınlaşdıqca avrokuboklar uğrunda mübarizə daha da kəskinləşir. "Qarabağ" öncədən çempionluğu təmin etsə də, avrokubok uğrunda əsas mübarizə 4 komanda arasında gedir. Bəs kimin daha çox şansı var?

"Zirə"nin növbəti oyunları:
49 xal, 2-ci yer


Zirə - Araz-Naxçıvan
Turan Tovuz - Zirə
Zirə - Qarabağ
Kəpəz - Zirə
Zirə - Səbail.

Qəsəbə təmsilçisi hazırda 49 xalla ikincidir. Komanda növbəti turda "Araz-Naxçıvan"ı qəbul edəcək. Muxtar Respublika təmsilçisinin son dövrlər işlərinin yaxşı getmədiyini nəzərə alsaq, "Zirə" üçün bu oyun çətin olmamalıdır. Lakin 33 və 34-cü turlarda Rəşad Sadıqovun komandasını çətin qarşılaşmalar gözləyir. Belə ki, "qartallar" müvafiq olaraq "Turan Tovuz" və "Qarabağ"la qarşılaşacaq. Tovuz təmsilçisinin də avrokubok iddialarının olduğunu nəzərə alsaq, Rəşad Sadıovun komandası üçün bu oyundakı bir xal belə qənimətdir. Həmçinin komandanın "Qarabağ"a qalib gəlmək ehtimalları da var. Çempionluğu təmin edən Qurban Qurbanovun yetirmələri üçün qarşıdakı qarşılaşmaların ciddi əhəmiyyəti qalmayıb. Buna ötən tur "Qəbələ" ilə heç-heçə nümumə ola bilər Son 2 turda isə "Zirə" mimimum 4 xal hədəfləməlidir. Çətin "Kəpəz" səfəri və "Səbail"lə oyun qəsəbə təmsilçisi üçün həlledici olacaq.

"Sumqayıt"ın növbəti oyunları:
47 xal, 3-cü yer


Sumqayıt - Qarabağ
Kəpəz - Sumqayıt
Sumqayıt - Səbail
Sabah - Sumqayıt
Sumqayıt - Qəbələ

Samir Abasovun komandası növbəti turda "Qarabağ"ı qəbul edəcək. Qeyd etdiyim kimi, "Qarabağ"ın çempion olduğunu və "Sumqayıt"ın azarkeş amilini nəzərə alsaq, bir oyunda "kimyaçılar" bir xalı asanlıqla qazana bilər. Həmçinin matç avrokuboklar yolunda komanda üçün əsas qarşılaşmalardandır. Daha sonra səfərdə "Kəpəz" və azarkeşləri önündə "Səbail"i qəbul edəcək komanda mimumum 4 xal üçün iddialı olacaq. "Sabah"la qarşılaşma isə "gənclik şəhəri" təmsilçisi üçün davam, ya tamam oyunu olacaq. Qazanılan qələbə və ya məğlubiyyət hər şeyə aydınlıq gətirəcək. Çünki son turda Abasovun komandası "Qəbələ"ni qəbul edəcək və burada komandanın qalib gələcəyi kimdəsə şübhə doğurmur.

"Neftçi"nin növbəti oyunları:
47 xal, 4-cü yer

Neftçi - Turan Tovuz
Qarabağ - Neftçi
Neftçi - Kəpəz
Səbail - Neftçi
Neftçi - Sabah

"Ağ-qaralar"ın son ümid yeri Premyer Liqadadır. Rəhbərlik tərəfindən baş məşqçinin qarşısına qoyulan hədəf gümüş medalları qazanmaqdır. Paytaxt təmsilçisi kubokda "Qarabağ"a məğlubiyyətin acısını unutdurmaq və turnir cədvəlindəki yerini yaxşılaşdırmaq üçün mütləq azarkeşləri önündə qələbə qazanmalıdır. Tovuz təmilçisi son turda "Sumqayıt"a məğlub olub və Ayxan Abasovun komandası mütləq şəkildə qalib gəlmək niyyətində olacaq. Ona görə də bu qarşılaşmanın olduqca gərgin keçəcəyi gözlənilir. 33-cü turda isə "Neftçi" "Qarabağ"ın qonağı olacaq. 3 ildir Ağdam təmsilçisini məğlub edə bilməyən "ağ-qaralar" səfərdə də qalib gələcəyi inandırıcı deyil. "Kəpəz" və "Səbail"lə matçda maksimum nəticəni hədəfləməli olan "flaqman" üçün son turda "Sabah"la matç finala bərabər olacaq.

"Sabah"ın növbəti oyunları:
46 xal, 5-ci yer


Sabah - Səbail
Araz-Naxçıvan - Sabah
Qəbələ - Sabah
Sabah - Sumqayıt
Neftçi - Sabah

2 oyundur ardıcıl qələbə qazanan "Sabah" "Səbail"lə matça da qələbə üçün çıxacaq. Bu matçdakı mümkün qələbə komanda üçün nöbvəti 2 oyun üçün motivasiya olacaq. "Bayquşlar" müvafiq olacaq "Araz-Naxçıvan" və "Qəbələ" ilə qarşılaşacaq. Avrokuboklara getməyi hədəfləyən komanda bu matçlarda maksimum nəticə qazanmalıdır. Son 2 tur isə "Sabah" üçün çətin keçəcək. Öncəliklə "Sumqayıt"ı qəbul edəcək komanda, son turda "Neftçi" ilə qarşılaşacaq. "Sabah" - "Sumqayıt" və "Neftçi" - "Sabah" matçı nəinki Masazır təmsilçisi üçün, ümumilikdə turnir cədvəlindəki sıralamanı müəyyən edəcək.

Məlik Məlikov
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla