AZ

Çin MN: Pekin ABŞ-nin Asiya-Sakit okean regionunda orta mənzilli raketlər yerləşdirməsinə cavab verəcək

Çin ABŞ-nin Asiya-Sakit Okean regionunda (APR) - Filippində orta mənzilli ballistik raketlər yerləşdirməsinə kəskin etiraz edir. Pekin Vaşinqtonun hərəkətlərinə cavab olaraq tədbir görəcək.

Bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian məlumat verib.

“Biz ABŞ-nin Asiya-Sakit okean regionunda orta mənzilli ballistik raketlər yerləşdirməsinə qəti şəkildə qarşıyıq və bizim mövqeyimiz aydındır”, o, mətbuat konfransında deyib.

Vu Qian Amerika Birləşmiş Ştatlarının hərəkətlərini region ölkələrinin təhlükəsizliyinə təhdid adlandırıb. Onun sözlərinə görə, Vaşinqtonun addımları sülh və sabitliyə ciddi ziyan vurur.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla