AZ

Rusiya mədəniyyət nazirinin keçmiş müavini 7 il iş aldı...

...Moskvanın Tverskoy Məhkəməsi Rusiya Federasiyası mədəniyyət nazirinin keçmiş müavini Olqa Yarilovanı “Puşkin kartı” proqramının həyata keçirilməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 7 il müddətinə ümumi rejimli koloniyaya məhkum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” xəbər verir.

Bundan əlavə, hakim Olqa Zatomskaya sabiq məmuru 2 il dövlət vəzifəsində işləmək qadağasına məhkum edib.

...Və bundan başqa, məhkəmə maddi ziyanın ödənilməsi üçünYarilovadan 125 milyon 829 min 350 rublu geri alıb.

Qeyd edək ki, Zatomskaya barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, 2023-cü il aprelin 19-da Yarilova 200 milyon rublun oğurlanması faktı ilə bağlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Yeri gəlmişkən, Olqa Yarilova 2018-ci ildən 2022-ci ilin sentyabrınadək mədəniyyət nazirinin müavini vəzifəsini tutub.

Nazlı

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla