AZ

"Bakcell" ilə innovasiya dövrü başlayır

BAKCELL İLƏ İNNOVASİYA DÖVRÜ BAŞLAYIR!

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan "Bakcell" yeni brend kimliyini elan edib.

Publika.az xəbər verir ki, "Bakcell"in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşüb.

“Yeni Bakcell-in məqsədi Azərbaycanın dəyərli xalqına innovativ xidmətlər təqdim etməkdir. Yeni brend kimliyimiz zahiri görünüş, məzmun və mövqeləndirmə müstəvisində cəsarətli dəyişiklikləri əks etdirir. Bununla biz, Bakcell daxilində fəaliyyətimizin məqsədini yeni istiqamətə yönləndirəcəyik. Diqqət mərkəzimizdə sırf yeniliklər dayanacaq. Azərbaycana vacib olan və əhəmiyyət kəsb edəcək innovasiyaların gətirilməsi bundan sonra da bizim yolumuzu şimal ulduzu kimi istiqamətləndirəcək”, - Klaus Müller vurğulayıb.

Belə ki, şirkətin yeni vizual həlli 5 dinamik fiqurun ulduz şəklində düzüldüyü və gələcəyə yol açan bir loqonu ərsəyə gətirir. Beləliklə, Bakcell-in şimal ulduzu bəzən insanları, bəzən məkanları, əksər hallarda isə, dəyərli anları birləşdirərək bir-birinə bağlayır. Bu innovativ dizayn Bakcell-in rəqəmsal gələcəyə sürətli sıçrayışının təcəssümüdür.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla