AZ

BMT-nin komitəsində Ombudsmanın növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Bakı. Trend:

2020-ci il yanvarın 8-də Azərbaycan Respublikası tərəfindənBMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqətialçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının həyatakeçirilməsi ilə bağlı görülmüş işlərə dair 5-ci dövri məruzəBMT-nin İşgəncələr Əleyhinə Komitəsinə təqdim edilib. Bununla bağlıAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsmanın) müvafiq dövr üzrə əlavə hesabatı da həmin komitəyətəqdim olunub.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə,həminhesabatın müzakirəsi məqsədilə BMT-nin İşgəncələr ƏleyhinəKomitəsinin Müvəkkilə ünvanlanan rəsmi dəvəti əsasında OmbudsmanAparatı rəhbərinin müavini və Milli Preventiv Qrupun rəhbəri RəşidRumzadə, Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutlarıilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli 2024-cü ilaprelin 22-də İsveçrənin Cenevrə şəhərində komitə üzvləri iləkeçirilən xüsusi iclasda iştirak ediblər.

Müzakirələr zamanı komitə üzvlərinə Müvəkkilin Milli PreventivMexanizm mandatı çərçivəsində həyata keçirdiyi fəaliyyəti,təcrübədə əldə olunan yeniliklər, həyata keçirilən preventivtədbirlər barədə geniş məlumat verilib. “Azərbaycan Respublikasınınİnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” KonstitusiyaQanununa yeni mərhələdə sözügedən komitənin tövsiyələri də nəzərəalınmaqla edilən yeni dəyişikliklərin Ombudsmanın Milli PreventivMandatı çərçivəsində fəaliyyətini gücləndirməklə yanaşı, eynizamanda beynəlxalq norma və prinsiplərə uyğun olduğu diqqətəçatdırılıb.

İclasda komitə üzvlərinin bir sıra sualları cavablandırılıb,müzakirələr aparılıb.

Məqalədə:
Seçilən
32
5
Mənbələr
Şərh ()
Bağla