Aktyor Fərda Xudaverdiyev səhər verilişlərindəki qalmaqalları tənqid edib. Axşam.az xəbər verir ki, o, bu haqda "İncə səhər" proqramında danışıb. Fərda bildirib ki, bu cür mübahisələr tamaşaçıya mənfi enerji ötürür:
"Açırsan efiri ki, qırırlar bir-birini. Səhər saat 10-dur nə olub? Bu hisslərin oyanmasına da zaman lazımdır. Elə bil yorğanın altında hazırlayıblar. Səhər o dava ilə günə başlayan axşama kimi nə olacaq? Dayanın da bir... Elə bil efirdə atışma gedir".
Tarix: 25 Aprel 2024, 18:27