AZ

Məşhur prodüser Harvi Vaynşteynin məhkumluğu ləğv edilib

Dünyaca məşhur prodüser Harvi Vaynşteynin məhkumluğu Nyu-York Yüksək Məhkəməsi tərəfindən ləğv edilib.

APA “Guardian”a istinadən xəbər verir ki, Apellyasiya Məhkəməsi Vaynşteynin işinə sədrlik edən məhkəmə hakiminin mühüm səhvə yol verdiyini müəyyən edib.

Buna görə məhkəmə prodüserin 2020-ci ildə ağır cinsi cinayətlə bağlı hökmünün qüvvədən düşdüyünü bəyan edib. Lakin onun yenindən mühakimə edilməsi istisna edilmir.

Qeyd edək ki, prodüser “Me too” hərəkatını alovlandıran əsas simalardandır. O, Miramax kinoşirkətinin yaradıcısı olub.

Ləman Cəfərli

Seçilən
17
3
Mənbələr
Şərh ()
Bağla