AZ

Kannavaro A seriyasında

“Udineze” baş məşqçi Qabriel Koffini istefaya göndərib.

“Football-plus.az” xəbər verir ki, artıq onun xələfi də müəyyənləşib.

48 yaşlı mütəxəssis komandanın uğursuz nəticələrinə görə işdən azad olunub. “Udineze” hazırda A seriyasında 32 oyuna 28 xalla 17-ci yeri tutur. Artıq komandanın yeni baş məşqçisinin təyinatı reallaşıb. Fabio Kannavaro ilə müddəti cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb. 50 yaşlı məşqçinin əvvəlki komandası ötən mövsüm çalışdırdığı “Benevento” olub.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla