AFFA Gənclər Liqası 31-ci turu çərçivəsində keçirilən “Kəpəz” – “Sabah” oyununda qorxulu anlar yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubunun futbolçusu oyun zamanı huşunu itirib.
Oyunçu həkimlərin dərhal müdaxiləsindən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.