AZ

“Etdiklərinin qarşılığında cəzasını çəkməlidir” - ŞƏRH EDİLDİ

“Ruben Vardanyanın həbsdən azad olunması istiqamətində təbliğat kampaniyasının aparılması təbii ki, onun ailəsi ilə əlaqədardır. Bildiyimiz kimi, Ruben Vardanyanın böyük bir maliyyə imkanı var, hazırda ailəsi həmin maliyyə məsələlərinə nəzarət edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, ailəsi ilə yanaşı böyük televiziya şirkətləri də sözügedən kampaniyaya qatılıb: “Təbii ki, onlar bunu pul müqabilində həyata keçirirlər. Çünki pul Qərb üçün hər şeydir.

Ruben Vardanyan Rusiyanın adamı olub, Ukraynada separatizmi, işğalı dəstəkləyib. Qarabağ göndərildikdən sonra isə Azərbaycana qarşı terrorizmi dəstəklədi. İndi isə Azərbaycan onu həbs edib, ailəsi isə onun azad olunmasına çalışır. Lakin atdıqları addımlar əbəsdir. Çünki o etdiklərinin qarşılığında cəzasını çəkməlidir”.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla