AZ

Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir

 
"2024-cü ildə əfsanəvi televiziya verilişinin aparıcısı rolunda teatr və kino aktyoru, teleaparıcı Dmitri Xrustalyov təsdiq edilib..."
 
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun (ŞHK) daimi aparıcı postunu tərk edib. Buna səbəb ağ ciyərlər xərçəngidir.
 
Moderator.az xəbər verir ki, bu barədə "prufy.ru" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Aleksandr Maslyakovda 2022-ci ildə keçirdiyi "COVİD-19" xəstəliyindən sonra onkoloji xəstəlik aşkar edilib.
 
"Bütün bu müddət ərzində 82 yaşlı aparıcı həkimlərin müşahidəsi altında olub və simptomatik müalicə alıb. Hazırda o, səhhətindən daha çox şikayət edir", - məlumatda deyilir.
 
Rusiya KİV-lərində artıq belə bir məlumat yayılıb ki, Maslyakovu teatr və kino aktyoru, teleaparıcı Dmitri Xrustalyov avəzləyəcək. 
 
Laki Aleksandr Vasilyeviçin oğlu bu məlumatı təkzib edib. Onun sözlərinə görə, söhbət müvəqqəti əvəzləmədən gedir.
 
Rusiyanın Birinci kanalında ŞHK-nın son iki televiziya mövsümündə ali liqa oyunlarının aparıcıları tez-tez dəyişib.
 
"Komsomolskaya pravda" nəşri yazıb ki, 82 yaşlı Aleksandr Maslyakov son iki ildə pandemiya səbəbindən nadir hallarda aparıcı rolunda olub.
 
Əvvəlcə özünü koronavirusdan qorumaq istəyib, lakin buna yoluxandan sonra səhhətilə bağlı həkimlərin tövsiyəsi ilə oyunları ziyarət etməyib.
 
Son iki ildə ŞHK-nın aparıcısı rolunda Maslyakovu Valdis Pelş, Vadim Qalıqin və başqaları əvəz edib, nəticədə 2024-cü il üçün aparıcı rolda 45 yaşlı Dmitri Xrustalyovun olacağı barədə qərar verilib.
 
Xrustalyov artıq 1/8 mövsümünün bütün oyunlarını keçirib, hazırda 1/4 mövsümünün çəkilişi aparılır.
 
Aleksandr Maslyakov 24 noyabr 1941-ci ildə Yekaterinburqda (bundan öncə Sverdlovsk) anadan olub. O, sovet və Rusiya teleaparıcısı, Rusiyanın əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının xalq artistidir.
 
1964-cü ildən o, "Şən və Hazırcavablar Klubu" televiziya verilişinin daimi rəhbəri və aparıcısıdır. 1980-cı ildə oğlu Aleksandr, 2006-cı ildə nəvəsi Taisiya dünyaya gəlib.
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla