Türkiyədə Ağsaray-Konya avtomagistralında “dayan” əmrinə tabe olmayaraq qaçan qadın sürücü jandarma və yol patrul xidmətinin əməkdaşlarına həyəcanlı anlar yaşadıb.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, təqibdən 53 kilometr qaçmağı bacaran qadın E-90 trasında saxlanılıb.
Məlumata görə, alkotesterə üfüləyirmiş kimi edib 3 alkotester dəyişdirən qadın 44 dəfə üfüləmədən sonra polis ondan promil ala bilib. 0.97 promil sərxoş çıxan sürücüyə inspektorlar tərəfindən protokol yazılıb və sürücülük vəsiqəsi əlindən alınıb.
Namiq Musayev