AZ

Son 5 ildə 80 minə yaxın ailə öz kiçik ailə təsərrüfatını yaradıb

Yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzurda təxminən 1000-ə yaxın keçmiş məcburi köçkünün məşğulluğunun təmin ediləcəyi gözlənilir.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 25 aprel -Sahibkarlar Günü ilə əlaqədar keçirilən "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü" mövzusunda konfransda deyib.

O bildirib ki, son 5 ildə 80 minə yaxın ailə özünüməşğulluq proqramı çərçivəsində öz kiçik ailə təsərrüfatını yaradıb.

Nazirin sözlərinə görə, son 5 ildə Azərbaycanda əmək müqavilələrinin sayı 528 min artıb ki, bu da təxminən 40 faiz artım deməkdir. Özəl sektorda əmək müqavilələrinin sayı 2 dəfəyə yaxın artıb.

Özəl sektorun bütün istiqamətlər üzrə inkişafının bütün dövlətlərin ən ali məqsədi olduğunu deyən S.Babayev sahibkarlığın ölkədə məşğulluğun təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla