AZ

Azərbaycandakı kredit ittifaqlarının zərəri 60 % artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 0,8 milyon manat zərərlə başa vurub.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 60 % çoxdur.

Yanvar-mart aylarında kredit ittifaqlarının gəlirləri 0,7 milyon manat (illik müqayisədə eyni), xərcləri 0,3 milyon manat (dəyişməyib), xüsusi ehtiyatlara ayırmaları isə 1,1 milyon manat (22,2 % çox) təşkil edib.

Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 12,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,8 % azdır. Bunun 10,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 3,5 % kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 5,5 % azalaraq 3,4 milyon manata, balans kapitalı isə 3,2 % azalaraq 9,2 milyon manata düşüb.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla