Bakı. Trend:
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrininquraşdırılmasına başlanılıb.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.
Bildirilib ki, məqsəd fərdi mobillik vasitələrinin təşviqi vəistifadəçilərin təhlükəsizliyini artırmaqdır.
Hazırda paytaxtın bəzi mərkəzi küçə və prospektlərində buistiqamətdə texniki işlər həyata keçirilir.