AZ

Yaxşı insan! Yaxşı kapitan? - REPLİKA

Ölkə futbolunun flaqmanı sayılan “Neftçi” cari mövsümdə 13 qələbə, 10 məğlubiyyət və 8 heç-heçə ilə 4-cü pillədə qərarlaşıb.

Rəqib qapısından 40 top keçirən “ağ-qaralar” qarşılığında 33 topu qapısında görüb. Komandanın kapitanı, ölkənin ən bahalı yerli futbolçu imicinə malik Emin Mahmudov bu qollardan, sadəcə, üçünə imza atıb.

Ötən mövsüm bombardirlik uğrunda mübarizə aparan kapitanın bu mövsüm heç də formada olmadığı aşkardı. Vurulan qolların üçü də penalti sayəsindədi. Emin 20-ci turda “Qəbələ”, 29-cu turda “Sumqayıt” və 31-ci turda “Zirə” ilə görüşdə fərqlənib. Bir maraqlı məqam isə bəzi azarkeşlərin zarafatla dediyi “Eminin qol vurduğu oyunlarda qələbə qazana bilmirik” sözlərinin gerçəkliyi əks etdirməsi ilə bağlıdı. Təbii ki, burda “Qəbələ”ylə görüş istisnadı. Əlbəttə, burdakı amalımız bu fikrin təsdiqini gözləmək deyil. Onsuz da “Neftçi”nin oyunu az-çox hamıya bəllidi. Burda bütün kollektiv məsuliyyət daşıyır. Sadəcə, Emin bir kapitan kimi öz üzərinə düşən işi yerinə yetirə bilirmi? Əsas sual budu. Cavabı isə təbii ki, “xeyr”di.

Bilindiyi kimi, kapitan baş məşqçinin meydandakı sağ əlidi. Baş məşqçi düşünür, kapitan isə meydanda bunu həyata keçirir. Təssüf ki, heç biri üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmir. Necə ki, “Zirə” ilə matçda izlkədik və gördük. Penaltiylə hesabı açan “ağ-qaralar” oyunun davamını gətirə bilmədi. Mahmudovun üzərinə düşən əsas vəzifə hesabda geri düşəndən sonra komandasını toplayıb yenidən qarşılaşmaya kökləmək idi ki, bunu da edə bilmədi. Onun əvəzində isə oyuna sonradan qoşulan Kiian Lebonla Rəhman Hacıyevin komandaya canlılıq gətirdiyini gördük. Ötən mövsüm 36 oyunda 17 qol vuran futbolçu bu mövsüm 31 oyunda hamısı penaltidən olmaqla cəmi 3 qol vurusa, komandaya faydası nə qədər ola bilər ki?

Qarşıda 5 tur qalıb. heç burda da Emindən yüksək nəticə gözləməyə dəyməz. Sadəcə, Eminsiz “Neftçi”nin daha yaxşı mübarizə apardığını və daha yığcam, sürətli oyun göstərdiyini 27-ci turda “Səbail”lə qarşılaşmada gördük.

KAMAL SƏFƏR

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla