AZ

Minskdə ikinci məğlubiyyət

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində ikinci oyununa çıxıb.

İlham Yadullayevin baş məşqçisi olduğu komandamız Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş “ABFF Technical Center”də baş tutub.

Erkən qola üzülən millimiz matçın son dəqiqələrində qapısında daha bir top görüb. 0:2 hesabı ilə uduzan yığmamız ikinci məğlubiyyətini alıb.

Qeyd edək ki, U-17 ilk oyununda Belarus yığmasına 0:4 hesabı ilə məğlub olub.

İdman.biz

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla